“Bizim üçün vacib test olacaq” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Alleqri, “Çelsi” ilə matçın onlar üçün test olacağını deyib:

“Premyer Liqada lider və Çempionlar Liqasında favorit olan bir komandayla qarşılaşacağıq. Bizim üçün vacib test olacaq.

Matçlarda yaxşı hücumlar qururuq, amma sonluq çatışmır. Son nöqtəni qoymaqda çətinlik yaşayırıq. Bunu aradan qaldırmalıyıq. Effektliyimizi daha da artırmalıyıq.

Hücumda həm Moyze Kin, həm də Alvaro Morata oynaya bilər. Kin “Latsio” ilə çempionat matçında yaxşı çıxış etdi. Ona şans verə bilərəm”.

Bu gün keçiriləcək “Çelsi” – “Yuventus” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button