“Belə məğlubiyyətlərdən sonra daha da güclənəcəyik” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasında “Çelsi”yə uduzduqları görüşü şərh edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Alleqri, 0:4 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Dörd qol buraxdığımız üçün məyus olduq, amma əsas vəzifəmizin – 1/8 finala yüksəlməyin öhdəsindən gəldik. Turindəki matçda 90 dəqiqə müdafiədə diqqətli olduq. Bu oyunda isə cəmi 45 dəqiqə bunu bacardıq.

Güclü və zəif tərəflərimiz var, bunu bilirəm. Belə məğlubiyyətlərdən sonra daha da güclənəcəyik”.