“Yuventus”u yox, “Real”ı seçib

“Real”ın müdafiəçisi Eder Militaonun agenti futbolçunun vaxtı ilə “Yuventus”a keçmək ehtimalının olduğunu bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun agenti onun düzgün seçim etdiyini deyib:

“Militao “Portu”da olanda onun “Yuventus”a getmək seçimi var idi, lakin o, “Real”ı seçdi. Turin klubuna bütün hörmətimlə, onun düzgün seçim etdiyinə inanıram. İndi o, komandanın onurğa sütunudur”.

Militao 2019-cu ilin yayında “Portu”dan 50 milyon avroya “Real”a keçib. Braziliyalı müdafiəçi 2022/23 mövsümündə Madrid klubunun heyətində bütün yarışlarda 30 oyuna çıxıb və 5 qol vurub.

25 yaşlı futbolçunun “kral klubu” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button