“Yuventus”da yeni müqavilə

İtaliya çempionu “Yuventus” yarımmüdafiəçisi Rodriqo Bentankurla yeni müqavilə bağlamağa qərar verib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini daha 5 il artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, uruqvaylı futbolçu 2024-cü ilin yayına qədər “qoca sinyora”nın formasını geyinəcək.

Qeyd edək ki, Bentankur ötən mövsüm “Yuventus”un heyətində 31 oyun keçirib. Bu matçlarda 2 qol vuran yarımmüdafiəçi, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button