“Yuventus”da yeni müqavilə

İtaliya çempionu “Yuventus” Xuan Kuadrado ilə müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı kolumbiyalı futbolçu klubu ilə müqaviləsinin müddətini 2022-ci ilin yayına qədər artırıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Qeyd edək ki, Kuadrado “Yuventus”da 2015-ci ildən forma geyinir. Kolumbiya yığmasında 90-dan çox oyun keçirmiş yarımmüdafiəçi karyerası ərzində “Udineze”, “Leççe”, “Fiorentina” və “Çelsi” klublarında da çıxış edib.