“Yuventus”da Dibala sevinci

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Andrea Pirlo komandanın zədəli futbolçusu Paulo Dibalanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, baş məşqçi, argentinalı futbolçunun A Seriyasının növbəti turu çərçivəsində keçiriləcək “Fiorentina” ilə matçda iştirak edə biləcəyini deyib:

“O, komandanın son məşqinə qoşuldu və müəyyən qədər iştirak etdi. Dibalanın “Fiorentina” ilə oyunda iştirak edə biləcəyini düşünürəm”.

Əzələ zədəsindən əziyyət çəkən Dibala, komandanın son oyununda iştirak etməyib.

“Yuventus” – “Fiorentina” oyunu bu gün, saat 23:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button