“Yuventus”a lazım olmayan futbolçu Bundesliqada

“Yuventus”un futbolçusu Sami Kxedira klubunu dəyişməyə hazırlaşır.

Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək. Futbolçunun “Herta”ya transfer ediləcəyi bildirilir. Onun Bundesliqa klubu ilə razılıq əldə etdiyi və bu gün tibbi müayinədən keçəcəyi deyilir.

Kxediranın yeni klubu ilə 2,5 illik müqaviləyə imza atacağı gözlənilir.

Kxedira cari mövsümdə A Seriyasında iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button