
“Yuventus” “Real”ın futbolçusunu icarəyə götürmək istəyir
“Real”ın müdafiəçisi Din Heysen yayda “Yuventus”a qayıda bilər.
Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı nəzərdən keçirir. Heysen “Yuventus” akademiyasının yetirməsidir.
İspaniyalı futbolçunun bu mövsüm oyun praktikası ilə bağlı çətinlikləri olub. O, “Real”a 2025-ci ildə, “Bornmut”dan 62 milyon avroya transfer olunub və onun müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir.
Din Heysen cari mövsümdə 32 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



