
“Yuventus” mərakeşli müdafiəçini yenidən hədəfə alıb
“Mançester Yunayted”in müdafiəçisi Nussair Mazraui yenidən “Yuventus”un maraq dairəsinə düşüb.
Mərakeşli futbolçunun Turin klubuna mümkün transferi ilə bağlı söhbətlər ötən ilin yayında da gündəmdə olmuşdu.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” Mazrauini yenidən hədəfə alıb.
28 yaşlı müdafiəçi 2026-cı il dünya çempionatı ərəfəsində “Mançester Yunayted”dən ayrılmaq variantını ciddi şəkildə nəzərdən keçirir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



