“Yuventus” yeni transferini təqdim etdi

İtaliya çempionu “Yuventus” yeni transferi Aaron Remzini ictimaiyyətə təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi Turin təmsilçisində 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son 11 ildə İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan Remzi “Yuventus”a azad agent kimi keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, Turin təmsilçisində həftəsinə 400 min funt-sterlinq qazanacaq. Bütövlükdə isə, 4 illik müqaviləyə əsasən, o, bu komandada 83 milyon funt-sterlinq gəlir əldə edəcək.

Remzi 2008-ci ildə “Kardiff Siti”dən 4.8 milyon funt-sterlinqə “Arsenal”a transfer edilmişdi.