“Real”ın qapıçısı İtaliya yolunda

Cari mövsümün sonunda “Real”dan ayrılmaq qərarına gələn Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidanın Tibo Kurtuanı əsas qapıçı olaraq seçməsindən sonra “kral klubu”ndan ayrılmaq qərarına gələn 32 yaşlı qapıçı, “Yuventus”un transfer hədəfindədir.

A Seriyası təmsilçisi kosta-rikalı “çərçivə qoruyucusu”nu heyətinə qatmaq üçün hərəkətə keçib.

2014-cü ildən “Real”da çıxış edən Navasın klubla müqaviləsi 2020-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button