
“Yuventus” “Real”ın müdafiəçisi üçün 25 milyon avro xərcləməyə hazırdır
“Real”ın müdafiəçisi Fran Qarsiya İtaliya A Seriyasına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Yuventus” ispaniyalı oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Turin klubunun rəhbərliyi Qarsiyanın alınması üçün 20-25 milyon avro ayırmağa hazırdır. Tərəflər razılığa gəlsələr, müqavilə yay transfer pəncərəsi zamanı tamamlana bilər.
25 yaşlı müdafiəçinin “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



