“Yuventus” niderlandlı hücumçu üçün təklif göndərib

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, Turin klubu bu yaxınlarda niderlandlı futbolçu üçün təklif göndərib. Klub forvardı “Kristal Pelas”ın futbolçusu Jan-Filip Mateta ilə bağlı danışıqlar uğursuz olarsa, alternativ hədəf kimi müəyyən edib.

Zirkze 2024-cü ilin yayında 42,5 milyon avroya İtaliyanın ”Bolonya” klubundan “Mançester Yunayted”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button