
“Yuventus” kanadalı futbolçu ilə vidalaşmağı planlaşdırır
“Yuventus”un hücumçusu Conatan David yay transfer pəncərəsində komandanı tərk edə bilər. Kanadalı futbolçu İtaliyaya transfer olunduqdan sonra debüt mövsümündə gözlənilən səviyyədə çıxış edə bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi onu komandada toxunulmaz oyunçu hesab etmir.
Baş məşqçi Luçano Spaletti hücum xəttində başqa futbolçulara üstünlük verməyi planlaşdırır. Bu səbəbdən də, klub Davidlə yollarını ayırmaq variantını nəzərdən keçirir.
26 yaşlı hücumçu ilə bağlı İngiltərə Premyer Liqası təmsilçilərindən iki klub sorğu göndərib. Bundan başqa, “Lill”in sabiq futboçusuna Fransa klubları da maraq göstərir.
O, cari mövsümdə “Yuventus” forması ilə bütün turnirlərdə 39 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



