“Yuventus” onu saxladı – mövsümün sonuna qədər

“Yuventus” komandadakı gələcəyi müzakirə edilən Sami Kxedira ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu cari mövsümdə də “qoca sinyora”nın uğurları üçün çalışacaq. “Yuventus” yay transfer pəncərəsi dövründə onu satmaq istəsə də, futbolçu komandadan ayrılmaqdan imtina etmişdi. “Qoca sinyora” mövsümün sonunda müqaviləsi bitəcək futbolçuyla yollarını ayıracaq. Turun klubu onun müqaviləsində olan sözləşməni daha bir illik uzatmaq bəndindən istifadə etməyəcək.

Kxedira 2015-ci ildən “Yuventus”un formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button