“Yuventus” hücumçusunu satışa çıxara bilər

“Yuventus” yay transfer dövründə hücumçusu Conatan Davidlə yollarını ayıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi yeni top-səviyyəli hücumçu transfer edərsə və eyni zamanda, Duşan Vlahoviçlə müqavilənin müddətini uzadarsa, 26 yaşlı futbolçunun satışına razı olacaq.

Bildirilir ki, bu barədə İngiltərə Premyer Liqasının klubları da məlumatlandırılıb. Onların arasında “Mançester Yunated”, “Aston Villa”, “Nyukasl”, “Tottenhem”, “Brayton”, “Everton”, “Sunderlend”, “Nottingem Forest” və “Lids yer alır.

Kanadalı futbolçu cari mövsümdə bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button