“Yuventus” Morata ilə də vidalaşdı – rəsmi

İtaliyanın “Yuventus” klubu hücumçu Alvaro Morata ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun saytı məlumat yayıb. İspaniya millisinin hücumçusu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

 29 yaşlı futbolçu son iki mövsümü icarə əsasında “Yuventus”da keçirib. Morata müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıdıb.

“Yuventus” bu gün müqavilə müddəti bitən Paolo Dibala ilə də yollarını ayırıb.

Bizi Telegramda izləyin