“Yuventus”un 2 futbolçusu sıradan çıxdı

“Yuventus” klubunun iki futbolçusu – Paulo Dibala  və Ueston Makkeni zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hər iki futbolçu A Seriyasının 17-ci turu çərçivəsində “Sassuolo”ya qarşı keçirilən oyunda zədələnib. Makkeni qarşılaşmanın 19-cu, Dibala isə 42-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib.

Dibala və Makkeninin son durumu tibbi müayinədən sonra bilinəcək.

“Yuventus” – “Sassuolo” matçı turinlilərin 3:1 hesablı qələbəsiylə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button