“Sassuolo”dan darmadağın

İtaliya A Seriyasında 26-cı turun təxirə salınmış oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub. Günün ilk matçında “Parma” SPAL-ı qəbul edib və minimal hesabla uduzub. “Milan” “Cenoa” ilə ev oyunundan məğlub ayrılıb. “Udineze” isə “Fiorentina” ilə oyunda qolsuz heç-heçəyə razılaşıb.

Günün maraqla gözlənilən qarşılaşmasında “Yuventus” çempionluq yolunda əsas rəqiblərindən olan “İnter”lə qarşılaşıb. Turin təmsilçisi bu oyunda iki cavabsız qolla qalib gəlməklə zirvədəki yerini möhkəmləndirib.

Sonuncu gündə isə “Sassuolo” “Breşiya”nı 3 cavabsız qolla məğlub edib.

İtaliya A Seriyası, 26-cı tur

8 mart

Parma – SPAL 0:1
Qol
: Petanya, 71-pen.

Milan – Cenoa 1:2
Qol
: İbrahimoviç, 77 – Pandev, 7. Kassata, 41.

Sampdoriya – Verona 2:1
Qol
: Kvalyarella, 77; 86-pen – Audero, 32-öz qapısına.

Udineze – Fiorentina 0:0

Yuventus – İnter 2:0
Qol
: Remzi, 55. Dibala, 67.

9 mart

Sassuolo – Breşiya 3:0
Qol
: Kaputo, 45; 61. Boqa, 75.

Bombardir: Çiro İmmobile (Latsio) – 27 qol.