“Yuventus”un formasını geyinmək üçün səbirsizlənirəm”

“Yuventus”un yeni transferi Pol Poqba Turindədir.

Komanda.az xəbər verir ki, bu barədə klubun “tvitter” hesabı məlumat yayıb.

“Yuventus”un formasını geyinmək üçün səbirsizlənirəm” deyən Poqba, bu gün Turin klubunda tibbi müayinədən keçəcək.

Fransalı futbolçu 2012-2016-cı illərdə də “Yuventus”da çıxış edib, sonra 105 milyon avroya “Mançester Yunayted”ə keçib. O, 2021/22 mövsümünün sonunda “Mançester Yunayted”dən ayrılıb.

Poqba ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 26 matçda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button