“Yuventus” da Antoniyə “elçi düşür”

“Yuventus” “Ayaks”ın hücumçusu Antoni ilə maraqlanır.

Komanda.az “Calciomercato”-ya xəbər verir ki, Turin klubu hücum xəttini gücləndirmək istəyir və yaxın vaxtlarda 22 yaşlı braziliyalının transferi ilə bağlı danışıqlara başlamaq niyyətindədir.

Antoni cari mövsümdə “Ajaks”ın heyətində 33 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt”da oyunçunun dəyəri 35 milyon avro göstərilir. Hücumçu ilə PSJ, “Barselona”, “Mançester Yunayted” və “Bayern”in də maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button