“Real” Çempionlar Liqasının finalında hansı qapıçıya güvənəcək?

“Real”ın baş məşqçisi Karlo Ançelotti və klub prezidenti Florentino Peres Çempionlar Liqasının finalında, “Uembli”də Dortmund “Borussiya”sına qarşı keçiriləcək oyunda hansı qapıçının iştirak etməsi ilə bağlı razılığa gəliblər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Ançelotti və Peres Tibo Kurtuanın komandanın start heyətində meydana çıxmasının “Real”ın finalda qalib gəlmə ehtimalını xeyli artıracağına inanırlar.

Belçikalı qolkiper zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb və yalnız ötən həftəsonu ilk dəfə meydana çıxıb.

Kurtuanın zədələnməsindən sonra “Real”da əsas qapıçı ukraynalı qolkiper Andrey Lunin olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button