“Yuventus” yeni transferini icarəyə verdi

“Yuventus” bu yay “Roma”dan transfer etdiyi Luka Pelleqrinini icarəyə verib.

Komanda.az xəbər verir ki, 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü “Kalyari”də keçirəcək. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Roma”nın yetirməsi olan Pelleqrini 22 milyon avro qarşılığında “Yuventus”a transfer olunub.