“Yuventus”un de Liqt üçün ilk rəsmi təklifi

“Yuventus” “Ayaks”ın futbolçusu Matteys de Liqt üçün rəsmi təklif göndərib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi 19 yaşlı müdafiəçi üçün bonuslarla birlikdə 65 milyon avro təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Ayaks”ın 65 milyona razı olmadığı, “Yuventus”dan 85 milyon avro istədiyi bildirilir. “Yuventus” de Liqtlə şəxsi razılığa gəlib. Holland müdafiəçi “Yuventus”a transfer olunacağı təqdirdə, 5 illik müqavilə imzalayacaq və illik 12 milyon avro məvacib alacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button