Yurçeviçdən müharibə və əmək əlillərinə bayram hədiyyəsi FOTO

Bu gün AFFA-nın əməkdaşları, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç, millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətov Novruz bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatı ziyarət ediblər.

Komanda.az xəbər verir ki, milli üzvləri müharibə və əmək əlillərinə AFFA-nın hədiyyələrini təqdim ediblər.

Pansionat sakinləri Azərbaycan millisinə uğurlar arzulayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button