Yüksək Liqada növbəti turun proqramı bilindi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 18-ci turun oyunlarının vaxtı açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, oyunlar aprelin 15-də olacaq.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk görüş MOİK və “Murov” komandaları arasında keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.

Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button