Yüksək Liqada 2022-ci ilə yekun vuruldu

Bu gün futzal üzrə Yüksək Liqada ikinci dövrənin sonuncu, ümumilikdə isə 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk oyunu kifayət qədər maraqlı alınıb.

Yeddi qolun qeydə alındığı “Neftçi” ilə “Record”un oyununda birincilər qalib gəliblər. Nəticədə “Neftçi” qış fasiləsinə qələbə ilə yollanıb.

Bu tur çərçivəsində keçirilməli olan “Alyans” – “Baku Fair” matçı baş tutmayıb. Buna Lənkəran təmsilçisinin təyin olunan vaxtda meydana çıxmaması səbəb olub. Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

Turun və ilin son duelində isə lider “Araz Naxçıvan” U-19 üzərində qələbə qazanıb. Yüksək Liqada 2022-ci ilin son qolunu isə Xəzər Ağalızadə vurub.

Yüksək Liqa
10-cu tur

8 dekabr

Record – Neftçi İK 3:4
Qol
: Seyidreza Hosseini Hotkani, 12:47. Matin Qahramani, 13:59. Mojtaba Vali, 17:22 – Rüstəm Bağırov, 5:49. Hasan Ali Jafari, 7:27. Asif Zeynalov, 25:15. İlkin Hacıyev, 34:31.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 14:00.

Alyans (Lənkəran) – Baku Fire matçı baş tutmayıb
Hakimlər: Hacıəli Ağayev, Nail Nağıyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Murad Məmmədov.
Olimpik Star. Saat 16:00.

Araz Naxçıvan – U-19 6:2
Qol: Viktor Ponce, 1:35. Ramiz Çovdarov, 2:19. Fərid Ələkbərov, 18:29. Xəzər Ağalızadə, 19:23; 37:35; 39:56 – İlham Alıyev, 22:23. Rüfət Məmmədli, 33:41.
Hakimlər: Əli Cəbrayılov, Elgün Hüseynov, Anar Fərəcov
Hakim-inspektor: Əfqan Həmzəyev
Olimpik Star. Saat 18:00.

Xal: Araz Naxçıvan – 28, Neftçi – 20, Baku Fire – 19, Record – 12, Alyans – 3, U-19 – 0.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button