Yüksək Liqa oyunu yarıda qaldı

Bu gün futzal üzrə Yüksək Liqanın 15-ci turu çərçivəsində keçirilən “Marafon” – “Araz” oyunu başa çatmayıb.

Komanda.az xəbər verir ki, oyunun 26:09 dəqiqəsində referilər “Marafon” komandasının hakimin qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb.

Sonrakı dəqiqədə komanda oyunu davam etdirmək istəsə də, bu dəfə “Araz” tərəfi hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button