Türkiyə millisində itki: Heyətdən çıxarıldı

Futbol üzrə Türkiyə milli komandası ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Okay Yokuşlu zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Türkiyənin Yunanıstan millisi ilə keçirdiyi yoxlama oyununda (2:1) sağ dizindən zədələnən Okay, yığmanın heyətindən çıxarılıb.

Okay, Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində Fransa və İslandiya ilə qarşılaşacağı oyunlarda iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button