Yığma komanda baş məşqçisiz qaldı

Futbol üzrə İslandiya yığmasının baş məşqçisi Erik Hamren istefa verib.

Komanda.az xəbər verir ki, 63 yaşlı isveçli mütəxəssis bu qərarını AÇ-2020-yə vəsiqə şansını əldən vermələri ilə əlaqələndirib:

“Bu, mənim qərarımdır. Ümid edirəm ki, islandlar dünya çempionatına vəsiqə qazana biləcəklər. Amma unu mənsiz edəcəklər”.

Qeyd edək ki, İslandiya yığması AÇ-2020-yə son dörd vəsiqə uğrunda pley-off oyununda Macarıstana 1:2 hesabıyla uduzub.

Erik Hamren 2018-ci ildən İslandiya yığmasına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button