“Atletiko”nun yaxşı heyəti var” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandaya mümkün yeni transferlər haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, “Atletiko”nun yaxşı heyəti olduğunu deyib:

“Atletiko”nun yaxşı heyəti var. Ümid edirəm ki, kimsə getsə və onun yerinə yeni oyunçu gəlsə, bundan nə klub, nə də komanda əziyyət çəkməz. La Liqada daha yaxşı oynayacaq komandamız var”.

La Liqanın 2-ci turunda “Atletiko” “Vilyarreal”a 0:2 hesabı ilə uduzub. Madridlilər növbəti turda “Valensiya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button