Super Liqanın debütantı “Fənərbaxça”lı ilə razılaşdı

Qarşıdakı mövsümdə Türkiyə Super Liqasında mübarizə aparacaq “Adana Dəmirspor” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Adana təmsilçisi “Fənərbaxça”nın futbolçusu Harun Tekini transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Adana Dəmirspor”un 31 yaşlı qapıçı ilə razılıq əldə etdiyi bildirilib.

“Fənərbaxça” ilə müqaviləsi iyunun sonuna qədər olan Harun Super Liqanın debütantına azad agent kimi keçəcək.

Tekin 2018-ci ilin yayından “Fənərbaxça”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button