Premyer Liqaya yüksələn sonuncu klub bilindi

Yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq sonuncu komanda da məlum olub.

Komanda.az xəbər verir ki, Çempionşipin pley-off mərhələsinin finalında “Brentford”u məğlub edən “Fulhem” (2:1) elitaya vəsiqə qazanıb.

“Fulhem” 2018/19 mövsümündə Premyer Liqada mövsümü 19-cu sırada bitirmiş və elitayla vidalaşmışdı. Komanda 1 il sonra yenidən Premyer Liqada iştirak edəcək.

Premyer Liqaya vəsiqə qazanan digər komandalar “Lids” və “Vest Bromviç”dir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button