“Yeni hücumçu almaq barədə düşünmürük” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun qış transfer pəncərəsində yeni hücumçu alıb-almayacağını açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu mövsümü hazırkı oyunçularla davam etdirəcəklərini söyləyib:

“Hazırda yeni hücumçu almaq barədə düşünmürük. “Arsenal”ın çox yaxşı hücum oyunçuları var. Biz mövsümü indiki oyunçularla davam etdirəcəyik”.

London komandası Premyer Liqanın 6 turundan sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button