Yenə Hazard, yenə zədə

“Real” İspaniya La Liqasının 11-ci turu çərçivəsində doğma meydanda “Alaves”ə 1:2 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, bu oyunda “kral klubu” ciddi itki ilə üzləşib. Belə ki, komandanın hücumçusu Eden Hazard matçın gedişində zədələnib. Oyunun 28-ci dəqiqəsində zədələnən belçikalı futbolçu Rodriqo ilə əvəzlənib. Futbolçunun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Komandanın baş məşqçisi Zinəddin Zidan oyundan sonra verdiyi açıqlamada, Hazardın zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib.

Hazard qısa müddət əvvəl koronavirusdan sağalaraq, komandaya qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button