“Yuventus”dan ayrılır – yayda transfer olunmuşdu

Keçən ilin yayında “Arsenal”dan “Yuventus”a keçən Aron Remzi yayda komandanı tərk edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”nın heyətində kifayət qədər şans qazanmayan 29 yaşlı futbolçu, klubunu dəyişmək fikrindədir. Komandanın baş məşqçisi Mauritsio Sarri də futbolçunun sabit çıxış etməməsindən narazıdır. Remzinin cari mövsümün sonunda müəyyən təzminat məbləği qarşılığında Turin təmsilçisindən ayrılacağı gözlənilir.

Cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlər nəzərə alınmaqla 18 oyunda iştirak edən uelsli futbolçu, bu qarşılaşmalarda iki qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button