Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı açıqlandı

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix məlum olub.

Komanda.az “Nyu York Times” nəşrinə istinadən xəbər verir ki, turnir gələn il iyulun 23-də start götürəcək. Beynəlxalq Olimpiya Komitəsinin yeni tarixlə bağlı tezliklə iclas keçirəcəyi və rəsmən açıqlayacağı bildirilir.

Yarışın bağlanış mərasiminin isə gələn il avqustun 8-də keçirilməsi planlaşdırılır.

Yay Olimpiya Oyunları bu il iyulun 24-də başlamalı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button