“Ötürmələrdə tez-tez səhvlər edirdik” – Kunde

“Barselona”nın müdafiəçisi Jül Kunde İspaniya çempionatının 9-cu turunda “Real”a məğlub olduqları oyundan (1:3) danışıb.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, yaxşı oyun göstərdiklərini deyib:

“Yaxşı oyun keçirdik. Birinci hissədə ötürmələrdə tez-tez səhvlər edirdik. İlk qolda səhvə yol verdik, ikinci dəfə də eyni şey oldu”.

23 yaşlı Kunde zədədən sonra ilk dəfə “e klasiko”da meydana çıxıb.

“Real” La Liqada 25 xalla turnir cədvəlində birinci yerdədir, “Barselona” 22 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button