“Yaxşı oynadıq, amma…” – Sarri

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə “Atletiko” ilə 2:2 hesablı heç-heçə edən “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, yaxşı oyun göstərdiklərini deyib:

“Düşünürəm ki, yaxşı oynadıq, amma nəticə bizim üçün yaxşı olmadı. Oyuna daha çox diqqət etməliyik, bunun üzərində işləyəcəyik. Meydanda açıq oyun olacağını düşündüyüm üçün Xuan Kuadradoya start heyətində yer vermək qərarına gəldim. O da öz sürəti hesabına rəqibin boşluğundan istifadə edə bildi.

Bu oyunda üzərində məşq etdiyimiz məqamları görə bildim. Yaxşı çalışırıq, bundan sonra da belə davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button