Yarmolenkonun yeni klubu məlum oldu

Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Andrey Yarmolenko özünə yeni komanda tapıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasında forma geyinəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. “Əl-Əyn”ə ukraynalı mütəxəssis Sergey Rebrov rəhbərlik edir.

Yarmolenko 2018-ci ildən “Vest Hem”də çıxış edirdi. Onun bu klubla müqaviləsinin müddəti bu il iyunun 30-na qədər idi. Futbolçu daha öncə Almaniyanın “Borussiya” (Dortmund) klubunda da legioner həyatı yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button