“Yarımfinalda bizə 3 qələbə lazımdır”

Macarıstan kubokunda ikinci yeri tutan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko bununla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Biz kubokda ikinci yeri tutduq. Çox istərdik ki, çempion olaq, lakin alınmadı. Hazırda çempionatda pley-off mərhələsində mübarizə aparırıq. Yarımfinala vəsiqə qazanmışıq. Burada 3 qələbə qazanmaq lazımdır. Bu mərhələdə rəqibimiz kubokda üçüncü yeri tutan KNRC klubudur. Çalışacağıq ki, qalib gəlib finala keçək və qızıl medalları qazanaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button