Argentina klubu İnyestanı istəyir: “Danışıqlarımız davam edir”

Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinən Andres İnyesta karyerasını Argentinada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə “Estudiantes” klubu yaxından maraqlanır. Argentina təmsilçisində prezidentin səlahiyyətlərini icra edən Xuan Sebastyan Veron, İnyesta ilə görüşdüklərini təsdiqləyib:

“İnyesta ilə hələ razılaşmamışıq, ancaq danışıqlarımız davam edir. Reallaşıb-reallaşmamasından asılı olmayaraq unudulmaz anlardır”.

2018-ci ilin iyulundan “Vissel Kobe”də forma geyinən İnyestanın müqaviləsi 2021-ci ilin yayına qədərdir.

“Estudiantes”i “Barselona”nın keçmiş futbolçusu Qabriel Milito çalışdırır. İnyestanın “Barselona”dan komanda yoldaşı olmuş Xavyer Maskerano da “Estudiantes”ə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button