İnyestadan “Barselona” ilə bağlı açıqlama

Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta sabiq komandası “Barselona” haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, hazırda “Barselona”ya qayıtmağı düşünmədiyini deyib:

“Gələcəkdə nə olacağını bilmirəm, amma nə vaxtsa “Barselona”ya qayıtmağı düşünürəm. İndi bunun vaxtı deyil. Həyat özü gedişatı göstərəcək.

Baş məşqçi olmaq istəyirəm. Amma “Barselona”da işləyərdimmi, ya yox, bilmirəm. Anı yaşamağı sevirəm və hazırda futbol oynamaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button