Zelenski yaponlara təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski Tokioda keçirilən “Şaxtyor” – “Avispa Fukuoka” (2:2) xeyriyyə oyunundan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Ukraynanın yenidən qurulması üçün təşkil olunan bu xeyriyyə oyununu yüksək dəyərləndirib:

“Yaponiyada keçirilən bu xüsusi futbol matçı minlərlə yapon və ukraynalı azarkeşi Ukraynanın yenilənməsinə dəstək olaraq bir araya gətirdi. Ukrayna və Yaponiya klubları arasında keçirilən xeyriyyə oyunu Ukraynanın yenidən qurulmasına dəstək üçün vəsait toplanmasına kömək edib.

Ukrayna və Yaponiyanı minlərlə kilometr ayırır. Ancaq məsafəyə baxmayaraq, müxtəlif qitələrdən olan oyunçular və azarkeşlər yaxşılıq etmək üçün səmimi bir istəkdə birləşdilər. Mən unikal bərpa təcrübəsi olan Yaponiyaya, baş nazir Kişidi Fumioya və onun hökumətinə, eləcə də Yaponiya parlamentinə və bütün yapon xalqına Ukraynanı və ümumi işimizi dəstəklədiklərinə görə minnətdaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button