Müqavilə imzalamaq üçün zirehli avtomobil istədi

Yaponiyalı futbolçu Keysuke Hondanın Braziliyanın “Botafoqo” klubuna transfer olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalamazdan əvvəl maraqlı şərt irəli sürüb. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Belə ki, Honda, “Botafoqo”dan zirehli avtomobil istəyib. Yarımmüdafiəçi bu şərti yerinə yetirilməzsə, müqavilə imzalamayacağını bildirib.

“Botafoqo” rəhbərliyi Hondanın bu tələbini qəbul etdikdən sonra tərəflər arasında rəsmi müqavilə imzalanıb. Sözləşmə ilin sonuna qədər nəzərdə tutulub. Araşdırmalara görə, Braziliyada gündəlik orta hesabla 6 insan cinayətin qurbanı olur.

98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button