“Meydandan kənarda futboldan tam şəkildə uzaqlaşıram”

“Barselona”nın hücumçusu Lamin Yamal şəxsi həyatı, futboldan kənar maraqları və asudə vaxtını necə keçirdiyi barədə danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bir müddət kulinariya kurslarına qatıldığını, ancaq sonradan bu məşğuliyyətdən imtina etdiyini bildirib:

“Düzünü desəm, kulinariya kurslarını atdım, çünki bu, mənlik deyildi. Çox pis idim, həqiqətən, çox pis. Ən yaxşı halda sizə kartofdan “naggets” (kartof püresindən hazırlanan xırt-xırtlı yemək) hazırlaya bilərəm (gülür)”.

O, boş vaxtlarını necə keçirdiyini də açıqlayıb:

“Boş vaxtlarımda hər 18 yaşlı gəncin etdiyini edirəm: dostlarımla görüşürəm, qardaşıma baxıram, “plesteyşn” oynayıram, gəzirəm… Bu tip şeylər. Dostlarımla vaxt keçirməyə və normal həyat yaşamağa çalışıram. Yalnız futbola köklənmək istəmirəm – daim oyun haqqında düşünmək, rəqib müdafiəçilərin videolarına baxmaq və s. kimi şeylərdən uzaq dururam. Hər günümdən zövq almağa çalışıram. Meydanda olarkən maksimum gücümü ortaya qoyuram, meydandan kənarda isə futboldan tam şəkildə uzaqlaşıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button