
“Barselona” iki müdafiəçinin keçidini gözdən keçirir
“Barselona”nın idman direktoru Deku iki mərkəz müdafiəçisi – “Tottenhem”in futbolçusu Kristian Romero və “Leyptsiq”in oyunçusu Kastello Lukebanın nümayəndələri ilə görüş keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşlər ilkin xarakter daşıyıb və hələlik rəsmi transfer danışıqları aparılmayıb. Bu addımın Kataloniya klubunun hazırkı mərkəz müdafiəçilərindən birinin komandadan ayrılacağı halda, alternativ variantları müəyyənləşdirmək məqsədi daşıdığı bildirilir.
Komandanın baş məşqçisi Hans-Diter Flik və Deku, Kristian Romeronu komandaya daha uyğun futbolçu hesab ediblər. Lakin onun təxminən 60 milyon avroluq transfer qiyməti bu keçidi çətinləşdirə bilər.
Lukeba isə əsas alternativlərdən biri kimi qiymətləndirilir. Bununla belə, onun transferinin də yüksək məbləğ tələb edəcəyi bildirilir.
Bizi Facebook-da izləyin



