“Uzun müddətdir ki, İngiltərə millisinə qarşı oynamaq barədə düşünürdüm”

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, futbolçu bu qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Uzun müddətdir ki, dünya çempionatında İngiltərə millisinə qarşı oynamaq barədə düşünürdüm. Belə bir matçda oynamağı xəyal edirdim. Çox çətin oyun olacaq. Komandamıza inanmağa davam edin”.

Argentina millisi dünya çempionatının 1/4 finalında İsveçrə yığmasını 3:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Komanda iyulun 15-də İngiltərə millisi ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button