Salahın maaş tələbi ərəbləri geri addım atmağa məcbur edib

Misir millisinin üzvü və “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salah yeni klub axtarışını davam etdirir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilərdi. Ancaq hazırda bu transferin baş tutma ehtimalı xeyli azalıb.

Bildirilir ki, Salahın yüksək maaş tələbi Səudiyyə Ərəbistanı klublarını geri addım atmağa məcbur edib. Klublar misirli oyunçunun maliyyə istəklərini qarşılamağa hazır olmasa da, tərəflər arasında danışıqlar davam edir.

Salah 2017–2026-cı illərdə “Liverpul”un şərəfini qoruyub. O, ötən mövsüm başa çatdıqdan sonra Mersisayd təmsilçisindən azad agent kimi ayrılıb. 34 yaşlı futbolçu DÇ-2026-da Misir millisinin heyətində 5 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Afrika təmsilçisi turnirlə 1/8 final mərhələsində vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button