
Lunyovdan Estoniyada qızıl medal
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.
Komanda.az xəbər verir ki, atıcımız bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.
Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



